Azərbaycan çempionatında əvəzetmə tablosu tapılmadı

Azərbaycan çempionatında əvəzetmə tablosu tapılmadı
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.az xəbər verir ki, komitə üzvləri I divizionun III turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.
“Qaradağ Lökbatan” - “Kəpəz” matçının 31-ci dəqiqəsində “Qaradağ Lökbatan” klubunun futbolçusu Natiq Əkbərov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48). 
- Oyunun 90+3-cü dəqiqəsində “Qaradağ Lökbatan” klubunun baş məşqçisi Adil Mahmudov texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur(maddə 62).
“Şəmkir” - “Şahdağ” matçının 83-cü dəqiqəsində “Şahdağ” klubunun futbolçusu Rüstəm Əsgərov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
“Bakılı” - “Energetik” matçında “Energetik” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40). 
- Meydan sahibi olan “Bakılı” komandasının əvəzetmə tablosunun olmamasına görə klub 200 manat cərimə olunur (maddə 60).
- “Ağsu” - “Rəvan” matçında “Rəvan” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).
- “Lokomotiv” - “Neftçala” matçında “Lokomotiv” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər