Azərbaycan çempionatında 5 kateqoriya üzrə qaliblər müəyyənləşib

Azərbaycan çempionatında 5 kateqoriya üzrə qaliblər müəyyənləşib

Azərbaycan Badminton Federasiyası ilə Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən badminton üzrə Azərbaycan çempionatında 5 kateqoriya üzrə qaliblər müəyyənləşib.

Fanat.Az xəbər verir ki, dekabrın 26-da startı verilən yarışa yekun vurulub.

Badmintonçular şəxsi, qoşa və qarışıq-qoşa üzrə ən yaxşıları müəyyənləşidiriblər. Mükafatçılar diplom və medallarla təltif olunublar.

Şəxsi Kişilər: 1. Cahid Əlhəsənov, 2. Aqil Qəbilov, 3. Rəvan Niftəliyev. Qadınlar: 1. Həcər Nuriyeva, 2. Leyla Camalzadə.

Qoşa Kişilər: 1. Aqil Qəbilov-Rəvan Niftəliyev, 2. Cahid Əlhəsənov-Rəvan Bağırov, 3. Kənan Rzayev-Məhəmmədəli Bayramlı. Qadınlar: 1. Həcər Nuriyeva-Nərmin Hüseynova, 2. Nigar Səmədova-Nigar Əliyeva, 3. Nəzrin Mehrəlizadə-Viktoriya Kumanyayeva.

Qarışıq-qoşa 1. Cahid Əlhəsənov-Həcər Nuriyeva 2. Sərxan Bağırov-Leyla Camalzadə 3. Rəvan Niftəliyev-Nərmin Hüseynova

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər