Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında XIV turun oyunları keçirilib. Fanat.az хəbər verir ki, "Azərreyl"in istirahət etdiyi turda iki matç baş tutub.
Lider "Azəryol" autsayder “Telekom”u sınağa çəkib və 3:1 hesablı qələbə qazanıb. İkinci pillənin sahibi "Rabitə" isə “Lokomotiv”i quru hesabla udub - 3:0.
Voleybol
Super Liqa
XIV tur
14 fevral
Azəryol - Telekom 3:1 (25:23, 25:13, 22:25, 25:19)
Lokomotiv - Rabitə 0:3 (25:27; 16:25; 17:25)
| № | Komanda | O | Q | M | S | T | X |
| 1 | Azəryol | 10 | 8 | 2 | 28-11 | 908-808 | 25 |
| 2 | Rabitə | 10 | 8 | 2 | 27-9 | 859-708 | 24 |
| 3 | Lokomotiv | 11 | 8 | 3 | 27-15 | 1005-828 | 23 |
| 4 | Telekom | 10 | 1 | 9 | 8-29 | 738-892 | 3 |
| 5 | Azərreyl | 11 | 1 | 10 | 6-32 | 720-905 | 3 |
Fanat.az