Azərbaycan boksçusu dünya çempionatında məğlub olub

Azərbaycan boksçusu dünya çempionatında məğlub olub
Boks üzrə Azərbaycan millisinin daha bir üzvü Rusiyanın Yekaterinburq şəhərində keçirilən dünya çempionatında mübarizəyə qoşulub.
Fanat.Az xəbər verir ki, 63 kq çəki dərəcəsindəki Bəxtiyar Qazıbəyov 1/32 final mərhələsində Qazaxıstan təmsilçisi Zakir Safyullinlə üz-üzə gəlib. 0:5 (28:29, 28:29, 26:30, 26:30, 28:29) hesabı ilə məğlub olan Qazıbəyov mundialla vidalaşıb. 
Qeyd edək ki, dünya çempionatının əvvəlki günlərində rinqə çıxan Tayfur Əliyev (57 kq) və Amin Kuşkov (75 kq) 1/16 finala yüksəlib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər