Azərbaycan atıcıları Dünya Kubokunda iştirak edəcəklər

Azərbaycan atıcıları Dünya Kubokunda iştirak edəcəklər

Atıcılıq üzrə Azərbaycan millisinin üzvləri Mərakeşin paytaxtı Rabatda keçiriləcək Dünya Kubokunda iştirak edəcəklər.

Fanat.Az xəbər verir ki, mötəbər yarışda yığmanın 7 atıcısı qüvvəsini sınayacaq.

Səngər stendi komandasının heyətində Aydan Camalova, Əli Hüseynli, Ülviyyə Eyvazova, Sabir Mehdizadə, Alina Rəfixanova, Tamerlan Məmmədov və Əlimirzə Quliyev mübarizə aparacaqlar.

Dünya Kuboku 4-13 fevral aralığında təşkil olunacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər