AZAL Bakıda qalacaq

AZAL Bakıda qalacaq

AZAL qış fasiləsi zamanı ölkəni tərk etməyəcək. Fanat.az xəbər verir ki, paytaxt klubu çempionatın qalan hissəsinə Bakıda hazırlaşacaq.

AZAL-ın futbolçuları yanvarın 3-də toplaşacaq. Ayın 4-5-də tibbi müayinədən keçəcək heyət yanvarın 6-da test verəcək. Legionerlər ayın 8-də komandaya qoşulacaq. "Təyyarəçilər" təlim-məşq toplanışını Şüvəlandakı "AZAL-Arena"da keçəxcək.

Qeyd edək ki, AZAL-la yanaşı, "Sumqayıt" da hazırlıqlarını ölkədə keçirəcək. Digər Premyer Liqa təmsilçilərinə gəlincə, "Bakı" İspaniyaya, "Qarabağ", "Qəbələ", "Neftçi", "İnter", "Simurq", "Xəzər Lənkəran" və "Rəvan" Antalyaya gedəcək.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər