Türkiyə mətbuatı Ayaz Mehdiyevlə bağlı kobud səhvə yol verib. Fanat.az xəbər verir ki, həmkarlarımız futbolçumuzun milliyətini səhv salıb.
Belə ki, "spor28.com" saytı Ayazı qırğız adlandırılıb. Giresunun yerli mətbuat orqanlarından olan sayt baş məşqçi Mehmet Birincinin açıqlamasını yayımlayıb: "Hazırda 4-ü qapıçı olmaqla 26 oyunçumuz var. "18-lik"dən kənarda qalanlar U-21 komandamızda oynayaraq həftəni boş keçirməyə bilər". Bu zaman xatırlatma edən saytın əməkdaşı "Bilindiyi kimi U-21-in ilk matçında qazaxıstanlı Anton və qırğız Ayaz forma geyinmişdi" yazıb.
Qeyd edək ki, "Giresunspor"un heyətində qırğız futbolçu yoxdu.
Fanat.az