Avropa Oyunları: Daha 2 taekvondoçumuzun rəqibi bilindi

Avropa Oyunları: Daha 2 taekvondoçumuzun rəqibi bilindi

Polşada keçirilən Avropa Oyunlarının taekvondo yarışlarında üçüncü günün püşkü atılıb.

Fanat.Az xəbər verir ki, iyunun 25-də dayanq üzərinə çıxacaq yığma üzvlərindən ikisinin ilk rəqibləri bəlli olub. 

Eltac Qafarov (74 kq) 1/8 finalda Lukaş Çudnoçla (Polşa) üz-üzə gələcək. Fəridə Əzizova (67 kq) isə eyni mərhələdə Atanasia Mitsopoulounu (Yunanıstan) sınağa çəkəcək. 

Yarışların son günündə - iyunun 26-da isə Taleh Süleymanov (87 kq) mübarizəyə qoşulacaq. 

Taekvondoçularımızın hesabında hələlik 2 medal var. Səyyad Dadaşov (54 kq) gümüş, Qasım Maqomedov (58 kq) bürünc mükafat əldə edib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər