Avropa nəhənglərinin transfer hədəfi "Çelsi"yə keçir

Avropa nəhənglərinin transfer hədəfi "Çelsi"yə keçir
"Bayer"in hücumameyilli yarımmüdafiəçisi Kay Haverts mövsümün sonunda komandadan ayrılmaq niyyətindədi.
Fanat.Az "Sport Bild"in futbol bölməsinin rəhbəri Kristian Falkın "Twitter" hesabına istinadən xəbər verir ki, Haverts "Çelsi"yə keçmək istədiyini "Bayer" rəhbərliyinin nəzərinə çatdırıb. "Zadəganlar" 21 yaşlı futbolçuya illik 8 milyon avro məvacib ödəməyə hazırdı.
Transfer 100 milyon avro dəyərində qiymətləndirilir. "Çelsi"nin 70 milyonu birbaşa, 30 milyonu isə bonuslar şəklində ödəyəcəyi bildirilir.
2019-20 mövsümündə Bundesliqada 30 matçda meydana çıxan Haverts 12 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb.
 
"Bavariya", "Real", "Barselona" kimi klublar alman oyunçu ilə maraqlanırdılar.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər