Avropa çempionu olan millimiz Bakıya qayıtdı - VİDEO

Avropa çempionu olan millimiz Bakıya qayıtdı - VİDEO

Mini-futbol üzrə Avropa çempionu olan Azərbaycan millisi Bakıya qayıdıb.

Fanat.Az xəbər verir ki, Slovakiyanın Koşitse şəhərindən dönən futbolçularımız Heydər Əliyev Beynəlxalq Hava Limanında böyük coşqu ilə qarşılanıblar. 

İdman ictimaiyyətinin nümayəndələri, idmançıların yaxınları, jurnalistlər və və azarkeşlər çempion komandanı qarşılamaq üçün hava limanına yollanıblar.

Qeyd edək ki, Elşad Quliyevin baş məşqçi olduğu kollektiv Avropa çempionatının finalında Rumıniyanı məğlubiyyətə uğradıb - 1:0. Bununla da Azərbaycan millisi tarixində ilk dəfə qitə çempionu olub.

 

 

 

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər