Avropa çempionu La Liqa klubuna keçməyə yaxındır

Avropa çempionu La Liqa klubuna keçməyə yaxındır

Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Nəsr"in mərkəz müdafiəçisi Emerik Lyaport karyerasını La Liqada davam etdirə bilər.

Fanat.Az "Football Espana"ya istinadən xəbər verir ki, İspaniya yığmasının milliləşdirilmiş üzvü "Atletiko Madrid"ə keçməyə yaxındır.

Məlumata görə, 30 yaşlı futbolçu "Əl-Nəsr"də aldığından nəzərəçarpan dərəcədə az maaş qarşılığında İspaniya çempionatda oynamağa hazırdır.

Qeyd edək ki, Lyaport ötən mövsüm Səudiyyə Ərəbistanı klubunun heyətində meydana çıxdığı 40 oyunda, 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. O, İspaniya millisi ilə son Avropa çempionatının qalibi olub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər