Avropa çempionatının püşkatması Bakı Olimpiya Stadionunda keçiriləcək

Avropa çempionatının püşkatması Bakı Olimpiya Stadionunda keçiriləcək

Avropa çempionatının püşkatması Bakı Olimpiya Stadionunda keçiriləcək17 yaşadək futbolçulardan ibarət yığma komandaların Avropa çempionatının püşkatma mərasimi Bakı Olimpiya Stadionunda keçiriləcək. 

Fanat.az xəbər verir ki, mərasim aprelin 8-də baş tutacaq. Tədbirdə AFFA rəhbərliyi, Avropa və ölkə futbolunun tanınmış simaları, turnirin UEFA və Yerli Təşkilat Komitəsinin üzvləri və digər rəsmi şəxslər iştirak edəcəklər. Mərasimə giriş dəvətnamə ilə olacaq.

Bakı Olimpiya Stadionunun mətbuat konfransı zalında püşkatmanı televiziya vasitəsilə canlı izləmək üçün KİV nümayəndələrinə şərait yaradılacaq. Püşkatmadan sonra turnirin UEFA və Yerli Təşkilat Komitəsinin rəhbərlərinin, çempionatda çıxış edəcək komandaların nümayəndələrinin iştirakı ilə brifinq təşkil olunacaq.

Bakı Olimpiya Stadionunun mətbuat konfransı zalı saat 11:30-dan etibarən KİV nümayəndələrinin ixtiyarına veriləcək.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər