Avropa çempionatı Azərbaycanda

Avropa çempionatı Azərbaycanda

Azərbaycan voleybol üzrə qadınlar arasında Avropa çempionatına ev sahibliyi edəcək. Fanat.az xəbər verir ki, bu barədə Avropa Voleybol Konfederasiyası dünən Antalyada keçirdiyi konqresdə qərar verib. 

Belə ki, 2017-ci ildə baş tutacaq qitə birinciliyi ölkəmizlə yanaşı, Gürcüstanda da təşkil olunacaq. Lakin turnirin əksər oyunları məhz Azərbaycanda baş tutacaq. Gürcüstan 1 qrup və 1/4 final görüşlərinə ev sahibliyi edəcək. Digər qruplardan biri Qubada, digər ikisi isə paytaxtımızda reallaşacaq. Bakı həmçinin yarışın yarımfinal və final oyunlarını da təşkil edəcək.  

Konqresdə çıxış edən Azərbaycan Voleybol Federasiyasının birinci vitse-prezidenti Faiq Qarayev Bakıda keçiriləcək final oyunları haqqında məlumat verib. Təcrübəli mütəxəssis bildirb ki, Azərbaycan prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyev namizədliyimizi dəstəkləyib. Qarayev qeyd edib ki, prezident Azərbaycanda keçirilən bütün tədbirlərə diqqət və qayğı göstərir, ölkəmiz bu tədbirlərin yüksək səviyyədə keçirilməsinə həmişə hazırdı.

Səsvermə zamanı konqres iştirakçılarının əksəriyyəti məhz Azərbaycanın namizədliyini dəstəkləyib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər