Avropa birinciliyinə 17 taekvondoçu ilə

Avropa birinciliyinə 17 taekvondoçu ilə

Noyabrın 25-də Maltanın paytaxtı Vallettada yeniyetmə taekvondoçular arasında Avropa birinciliyi start götürəcək. 

Fanat.Az xəbər verir ki, 4 gün davam edəcək yarışda Azərbaycan 17 idmançı ilə təmsil olunacaq. 

Avropa birinciliyində baş məşqçi Rəşad Məmmədov və məşqçi Vurğun Cəfərov Zəhra İsayeva (29 kq), Gülü Zamanlı (33 kq), Xuraman Cavadzadə (37 kq), Firəngül Abbaszadə (41 kq), Banu Quliyeva (44 kq), Şəms Əlizadə (47 kq), Fatimə Həsənova (51 kq), Mehdi Budaqlı (33 kq), İlyas Hətəmli (37 kq), Riad Quliyev (41 kq), Fuad Məhərrəmli (45 kq), Bahadur Dostuyev (49 kq), Vasif Səlimov (53 kq), Abdulsübhan Dadaşlı (57 kq), Yunis Hüseynov (61 kq), Elcan Əliyev (65 kq) və Nihad Həsənova (+65 kq) şans verəcək. 

Bu gün Vallettaya yollanan komandamız noyabrın 30-da Bakıya qayıdacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər