“Atletiko”nun futbolçusu rəsmən “Çelsi”də!

“Atletiko”nun futbolçusu rəsmən “Çelsi”də!

Portuqaliya millisinin və İspaniyanın “Atletiko” klubunun futbolçusu Joau Feliks İngiltərə təmsilçisi “Çelsi”yə keçib.

Fanat.Az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

24 yaşlı yarımmüdafiəçi mövsümün sonuna qədər icarəyə götürülüb. “Zadəganlar” 6 aylıq icarə haqqı olaraq qarşı tərəfə 9 milyon avro ödəyib. Sözləşmədə oyunçunun birdəfəlik satınalma variantı nəzərdə tutulmayıb.

Xatırladaq ki, Joau Feliksin “Atletiko” ilə müqaviləsi 2027-ci ilin yayına qədərdir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər