"Atletik"in hücumçusu La Liqanın tarixinə düşdü

"Atletik"in hücumçusu La Liqanın tarixinə düşdü

“Atletik”in 27 yaşlı futbolçusu İnyaki Uilyams İspaniya La Liqasının tarixinə düşüb. 

Fanat.Az xəbər verir ki, ön xətt oyunçusu buna La Liqanın 8-ci turunda “Alaves”lə oyunda meydana çıxmaqla nail olub.

Hücumçu La Liqada ardıcıl 203-cü oyununu keçirib. Bu, İspaniya çempionatında yeni rekorddur.   Əvvəlki rekord “Real Sosyedad”ın sabiq futbolçusu Xuan Antonio Larranaqaya məxsus idi. O, 1986-1992-ci illər aralığında ölkə çempionatında ardıcıl 202 matça çıxmışdı.   Qeyd edək ki, “Atletik” “Alaves”lə oyundan 1:0 hesabıyla qalib ayrılıb. Matçdan öncə isə Uilyamsa üzərində “203” yazılmış forma təqdim olunub.   İnyaki Uilyams 2014-cü ildən “Atletik”də çıxış edir. O, La Liqadakı rekordunu 2016-cı ildən bəri - 5 il 5 ay ərzində iştirak etdiyi oyunlar sayəsində gerçəkləşdirib. Bilbao komandasında ümumilikdə 303 oyun keçirən İnyaki 69 qolla yadda qalıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər