Arteta "Çelsi" üzərində qələbəni belə şərh etdi

Arteta "Çelsi" üzərində qələbəni belə şərh etdi

"Arsenal"ın baş məşqçisi Mikel Arteta İngiltərə Premyer Liqasının 34-cü turunda "Çelsi" üzərində qazandıqları qələbəni şərh edib.

Fanat.Az xəbər verir ki, onun dediklərini  BBC belə çatdırıb:

"İlk 60 dəqiqədə komandam çox yaxşı oynadı. Biz özümüz olmağa davam etməliyik. Komandnın ifasında bunu görmək istəyirəm.

Sürət, ustalıq nümayişi, iki gözəl qol... Azarkeşlərimizlə eyni dalğadaydıq. Əla ab-hava yaratdıq. Fanatlar bizi inanılmaz dərəcədə dəstəkləyir. İlk pillədəki yerimizi qorumaq istəyirdik. Bunu bacardığımız üçün razıyıq

Edeqorun bu mövsüm 14 qolu var. Onun komandaya verdiyi fayda, liderlik keyfiyyətləri ürəyimcədir".

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər