Arif Əsədov Yunuszadəni qovdu

Arif Əsədov Yunuszadəni qovdu
“Neftçi”də daha bir futbolçu intizamsızlığa yol verdiyi üçün əsas komandadan uzaqlaşdırılıb. Fanat.az xəbər verir ki, Topaz Premyer Liqasının XXXII turunda “Sumqayıt”la keçirilən oyunda baş məşqçi Arif Əsədova cavab qaytaran Elvin Yunuszadə əvəzedici heyətə göndərilib.
 
Rəqibin vurduğu qolda səhvə yol verən millimizin müdafiəçisi baş məşqçinin iradı ilə razılaşmayıb, ona sərt şəkildə cavab qaytarıb.
 
Apasport.az saytı məsələ ilə bağlı Arif Əsədovla əlaqə saxlasa da, o, buna münasibət bildirməkdən boyun qaçırıb: “Mən hər şeyi mətbuat xidmətinin rəhbərinə demişəm. Zəng vurun, səbəbini ondan soruşun”.
 
Əsədov “hər şeyi mətbuat xidmətinin rəhbərinə demişəm” söyləsə də, klubda bu vəzifəni yerinə yetirən Gündüz Abbaszadə hadisə ilə bağlı dəqiq məlumata malik olmadığını bildirib: “Hazırda klubun bazasında deyiləm. İşə gedəndən sonra dəqiq öyrənib, sizə deyərəm”. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər