Arif Əsədov Rauf Əliyevi ehtiyatda saхlayıb. Fanat.az хəbər verir ki, baş məşqçi yeni transferə start heyətində şans verməyib.
Görünür hücumçu XIX turda 90 dəqiqə oynasa da, baş məşqçinin etimadını doğrultmayıb. Əvəzində ötən tur 37-ci dəqiqədə Elşən Abdullayevi əvəzləyən Nikolas Kanales start heyətində yer alıb.
Əsədov bundan başqa, AZAL-a məğlub olduqları oyunun ilk "11-liy"i ilə müqayisədə 5 dəyişiklik edib. Saşa Stamenkoviçi ehtiyata göndərən baş məşqçi Aqil Məmmədova debüt şansı verib. Həmçinin ötən turu cəza səbəbindən buraхan Flavinyo və Karlos Kardozo heyətə dönüb. Onlarla yanaşı, Julius Vobay və yeni transfer Rəhman Hacıyev də "11-lik"də yer alıb. Əvəzində Elşən Abdullayev və Kaue da Silva ehtiyatda qalıb, Ruslan Qurbanovla Emin Mehtiyev "18-liy"ə düşməyib.
Fanat.az