Arif Əsədov "İnter"lə oyunla (2:0) bağlı fikirlərini bildirib. Fanat.az xəbə verir ki, "Neftçi"nin baş məşqçisi bu sözləri deyib:
"Heyətdə problemlər vardı. Son vaxtlar həm də sıx qrafikdə oynayırıq. Bütün bunlara görə yorğunluq vardı. Amma istənilən halda biz oyuna yaxşı köklənmişdik. Matça yaxşı başladıq, qol vurduq və davamını da gətirdik. Cavab qarşılaşması öncəsi yekun qələbə üçün yaxşı zəmin formalaşdırdıq. Oyunçularıma demişəm ki, arxayınlaşmaq olmaz. Qarşıdakı vacib oyunlara hazırlaşmalıyıq”.
Fanat.az