Arif Əsədov "Simurq"la oyunla (1:0) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, “Neftçi”nin baş məşqçisi matça çox ciddi hazırlaşdıqlarını deyib:
“Oyuna çox ciddi hazırlaşmışdıq. Zaqatalaya oyundan iki gün öncə gəlmişdik. Bütün bunlar matça nə qədər ciddi hazırlaşdığımızı göstərir. Hesab edirəm ki, nəzərdə tutduğumuz oyunu nümayiş etdirdik və qələbə qazandıq. Düzdür ilk hissədə istədiyimiz oyunu göstərə bilmədik. Fasilədə isə dəyişikliklər edib, lazım olan nəticəni qazandıq. Qırmızı vərəqə aldıqdan sonra toparlanmağı bacardıq və qol vurduq”.
Fanat.az