Arif Əsədov: "İndi istefa səsləyənlər bizi alqışlayacaqlar"

Arif Əsədov: "İndi istefa səsləyənlər bizi alqışlayacaqlar"
Arif Əsədov "İnter"lə oyunla (0:4) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, “Neftçi”nin baş məşqçisi bunları deyib:
“Son vaxtlar heyətlə bağlı problemlərimiz var idi. Biz məcbur olduq ki, gənc futbolçularımıza güvənək. Digər problem çempionata motivasiyanın da olmamasıdı. Futbolçuların əsas diqqəti kuboka yönəlib. Hazırda məqsədimiz zədələrdən qurtulmaq və kuboka yaxşı hazırlaşmaqdı. Finalda tam başqa "Neftçi"ni görəcəksiz. Qaldı ki, azarkeşlərin etirazına, onları başa düşürəm. Belə hallara İspaniya, İngiltərə kimi ölkələrdə də rast gəlinir. Amma vaxt keçdikcə istefa səsləyənlər bizi alqışlayacaqlar. Mən komandama inanıram. Düşünürəm ki, problemləri aradan qaldırıb, kubokda istədiyimiz nəticəni qazanacağıq”. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər