Arif Əsədov: "Heyətdə 3 itki var"

Arif Əsədov: "Heyətdə 3 itki var"

Topaz Premyer Liqasının XXVII turunda "Bakı" ilə qarşılaşacaq "Neftçi" oyuna 3 futbolçu itkisi ilə çıxacaq. Bu barədə "Report"a "ağ-qaralar"ın baş məşqçisi Arif Əsədov məlumat verib.

Onun sözlərinə görə, həmin oyunçular Flavinyo, Məqsəd İsayev və Ernest Nfordu. Baş məşqçi bildirib ki, İsayev 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının düşərgəsindən zədəli qayıdıb. Müdafiəçi millinin "Qarabağ"la yoxlama matçında dizindən zədə alıb. Onun diz bağlarından xəsarət aldığı güman olunur. Dəqiq diaqnoz tibbi müayinədən sonra qoyulacaq. Əsədov bildirib ki, istənilən halda futbolçu mövsümün sonunadək meydana çıxmayacaq.

Yerli mütəxəssis Flavinyonun məşqlərin birində zədələndiyini deyib. Bel ağrılarından əziyyət çəkən braziliyalı həftə sonunadək məşqlərə qoşulacaq. Nfor isə Belçikada müalicə kursu keçdikdən sonra Bakıya qayıdıb məşqlərə qoşulacaq. 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər