Arif Əsədov: "Əsas odu ki..."

Arif Əsədov: "Əsas odu ki..."

Arif Əsədov AZAL-la oyunla (1:0) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, “Neftçi”nin baş məşqçisi futbolçulara təşəkkür edib: 

“Maraqlı bir oyun alındı. Evdəki heç-heçədən sonra bizə cavab oyununda erkən qol vurmaq lazım idi. Bunu da bacardıq. Futbolçulara təşəkkür edirəm. Hesab daha da böyük ola bilərdi. Lakin şanslardan yararlana bilmədik. Əsas odu ki, mərhələni adladıq. İndi futbolçulara 3 günlük istirahət verəcəyik. Daha sonra hazırlığımızı bərpa edəcəyik”.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər