"Neftçi" həmişə titullar uğrunda mübarizə aparıb. Sabahkı oyun da bizim üçün çox vacibdi". Fanat.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Arif Əsədov deyib.
Əsədov Azərbaycan Kubokunun "Qarabağ"la final oyunu öncəsi mətbuat konfransı keçirib. "Neftçi"nin baş məşqçisi komandasına inandığını bildirib: "Komandama inanıram. Çempionatda birinci ola bilmədik, amma minimum vəzifənin öhdəsindən gəldik, avrokuboklara vəsiqə qazandıq. Ümid edirəm ki, final matçında da uğur qazana biləcəyik".
Əsədov arıtq heyəti müəyyənləşdirdiyini bildirib: "Heyəti müəyyənləşdirmişəm. Düzdü, bəzi problemlər var. Flavinyo və Əziz Quliyev sabah oynamayacaq. Bununla belə, çalışacağıq onların yoxluğu hiss olunmasın. Araz Abdullayev artıq sağalıb. Komanda ilə birlikdə məşqlərdə iştirak edir. Heç bir problemi yoxdu".
Fanat.az