Arif Əsədov "Xəzər Lənkəran"la oyunla (2:0) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "Neftçi"nin baş məşqçisi qara zolaqdan çıxdıqlarını deyib:
"Üçüncü dövrəyə pis başlamışdıq. Bugünkü oyunda bizə mütləq qələbə lazım idi. Birinci hissədə çox qol epizodumuz var idi, istifadə edə bilmədik. İkinci hissədə dəyişikliklər edib, öz istəyimizə çatdıq. İkinci qoldan sonra daha rahat oynadıq. Nəhayət, qələbə qazanıb, qara zolaqdan çıxdıq”.
Fanat.az