Arif Əsədov: "Bəzi futbolçuların səviyyəsi..."

Arif Əsədov: "Bəzi futbolçuların səviyyəsi..."

Arif Əsədov "Sumqayıt"la oyunla (2:2) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "Neftçi"nin baş məşqçisi bəzi futbolçuların komandaya layiq olmadığnı deyib: 

"İlk növbədə mən azarkeşlərdən üzr istəyirəm. “Neftçi” “Sumqayıt”ı məğlub etməlidi. Görünür, bəzi futbolçuların səviyyəsi “Neftçi”nin səviyyəsi ilə uzlaşmır. Bəzi futbolçular dərk etmir ki, hansı klubun formasını daşıyırlar. Odu ki, islahatlar həyata keçirməyin vaxtı çatıb. “Sumqayıt”ı təbrik edirəm, onlara gələn oyunlarda uğurlar arzu edirəm. Heyətdə problemlər var. Cinah müdafiəçiləri baxımından problemlərimiz mövcuddu. Məcburiyyətdən bir sıra oyunçuları özləri üçün yad olan mövqelərdə oynatdım. Mən özüm bilirəm ki, hansı futbolçular “Neftçi”yə layiqdi. Oyunçulara dedim ki, qarşıdakı oyunlar sizin üçün imtahandı. Onlar “Neftçi”də qalmağa layiq olduqlarını sübut etməlidilər”.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər