Topaz Premyer Liqasının III turundan təxirə salınmış AZAL - "Neftçi" görüşündən sonra tək qolla qalib gələn qonaqların baş məşqçisi Arif Əsədov oyunla bağlı fikirlərini bölüşüb. Fanat.az xəbər verir ki, mütəxəssis fasilədən sonra hesabı qorumağa çalışdıqlarını etiraf edib.
“Qarabağ”la oyundan sonra çox az vaxtımız var idi. Tam heyət əlimizdə deyildi. Buna görə əvəzedici heyətdən oyunçular dəvət etmişdik. Çox vacib bir qələbə qazandıq. Belə oyunlarda 3 xal daha vacibdi. İkinci hissə bir qədər çətin oldu, daha çox nəticəni qorumağa çalışdıq”.
Fanat.az