Ardıcıl 8-ci dəfə Azərbaycan çempionu - "Rabitə"!

Ardıcıl 8-ci dəfə Azərbaycan çempionu - "Rabitə"!
Voleybol üzrə qadınlar arasında Azərbaycan Super Liqasında 2014/15 mövsümünə yekun vurulub. Fanat.az хəbər verir ki, bu gün qızıl, gümüş və bürünc medalların sahibləri müəyyənləşib.
 
Buna həm bürünc, həm də qızıl uğrunda mübarizə aparan cütlərdə eyni komandanın ikinci dəfə qalib gəlməsi səbəb olub. Nəticədə 3-cü qarşılaşmalara ehtiyac qalmayıb.
3-cü yer uğrunda oyunda "Azəryol"la "Azərreyl" qarşılaşıb. Voleybol Mərkəzində baş tutan oyunda "Azəryol" ilk matçda olduğu kimi 3:0 hesablı qələbə qazanaraq bürünc medallara sahib çıхıb. Bu adıçəkilən komandanın Super Liqada ilk belə uğuru olub.
Çempionun taleyinə isə "Rabitə" - "Lokomotiv" görüşündə aydınlıq gəlib. İlk oyunda 3:1 hesablı qələbə qazanan "Rabitə" bu dəfə də eyni uğuru təkrarlayıb. Bununla da "Rabitə" ardıcıl 8-ci dəfə Azərbaycan çempionu olub. Adıçəkilən komanda 2007/08 mövsümündən bu titulu heç kimə güzəştə getmir.
Super Liqa
12 aprel
3-ci yer uğrunda oyun
Azəryol - Azərreyl 3:0 (25:21, 31:29, 25:18)
Bakı. Voleybol Mərkəzi.
Final
Rabitə - Lokomotiv 3:1 (22:25, 25:20, 25:16, 25:13)
Bakı. Voleybol Mərkəzi.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər