Antonio Konte: "Azərbaycanı analiz etmişik"

Antonio Konte: "Azərbaycanı analiz etmişik"
İtaliya yığmasının baş məşqçisi Antonio Konte millimizlə oyundan əvvəl keçiriləcəyi “Rentso Barbera” stadionunun konfrans zalında jurnalistlərin suallarını cavablandırıb. Fanat.az xəbər verir ki, çalışdırıcı bu gün baş tutacaq matçla bağlı fikirlərini bildirib:
  
"Futbolçularımızın bəziləri zədələnib. O üzdən Andrea Pirlonu heyətə çağırdıq. Yarımmüdafiənin cinahları üçün beynimdə planlaşdırdığım futbolçular var. Oyunun gedişatına görə seçimimi edəcəyəm. Nə qədər çox italyan oynasa, bir o qədər yaxşı olar. Amma xaricilərdən ən yaxşılarını heyətə cəlb etməliyik. Mənim üçün asan oyun yoxdu. Futbol hər yerdə inkişaf edir. Elə bir komandadan danışırıq ki, son dəqiqələrdə Bolqarıstana uduzublar. Uşaqlar da bunu bilirlər. Təbii ki, Azərbaycanı analiz etmişik. Onların Bolqarıstanla oyununu görmüşük, Rusiya ilə matçlarına baxmışıq, ABŞ-la matçı izləmişik”.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər