Ançelotti La Liqanın tarixinə düşdü - REKORD

Ançelotti La Liqanın tarixinə düşdü - REKORD

"Real Madrid" ötən axşam İspaniya La Liqasının 7-ci turu çərçivəsində evdə "Alaves"i 3:2 hesabı ilə məğlub edib.

Fanat.Az xəbər verir ki, bu oyun "Kral Kuboku"nun baş məşqçisi Karlo Ançelotti üçün əlamətdar olub. 

"Opta Sports"-un hesablamasına görə, beləliklə, italiyalı çalışdırıcı çempionatda ardıcıl 39-cu məğlubiyyətsiz oyununu keçirib.

Ançelotti bu göstəriciyə görə Albert Ormaeçeanın nailiyyətini (38) üstələyərək yeni La Liqa rekorduna imza atıb.

"Real Madrid" 7 turdan sonra 17 xalla 2-ci pillədə qərarlaşıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər