"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti Kilian Mbappenin La Liqada bombardirlik məharətini ortaya qoya bilməməsi ilə bağlı sualı cavablandırıb.
Fanat.Az xəbər verir ki, italiyalı mütəxəssisin dediklərini AS belə çatdırıb:
"Mbappe inkişaf edir. O, səylə çalışır və işləri yaxşı gedir. Son dəfə avqustun 14-də fərqlənib. O vaxtdan cəmi iki həftə keçib. Narahatlığa əsas yoxdur. Nə Mbappenin, nə də bizim. Əlbəttə, o, qol vurmaq istəyir və vuracaq".
Xatırladaq ki, "Real"a bu yay qoşulan Mbappe La Liqanın ilk iki turunda - "Malyorka" və "Valyadolid"lı görüşlərdə qol vura bilməyib.
Nihat