Almeyda "Beşiktaş"dan gedir?

Almeyda "Beşiktaş"dan gedir?
Türkiyənin "Beşiktaş" klubundan ayrılmaq istədiyini açıqlayan Hüqo Almeydanın təzminat qiyməti bəlli olub.
Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, "qara qartal" portuqaliyalı futbolçudan 2 milyon avro təzminat tələb edir.
Belə ki, rəhbərlik 29 yaşlı futbolçuya "2 milyon avro gətir, get" - deyə son sözünü bildirib. Əsasən İspaniya klubları ilə danışıqlar aparan H.Almeyda bu məbləği ödəməyəcəyi təqdirdə yeni mövsümdə də "Beşiktaş"ın şərəfini qoruyacaq.
Qeyd edək ki, 2011-ci ildən "Beşiktaş"da çıxış edən Almeyda bu komandanın heyətində 57 oyun keçirib və 24 qol vurub. 
İdman24.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər