Almaniyalı hücumçu "Beşiktaş"da

Almaniyalı hücumçu "Beşiktaş"da

Yeni mövsümə hazırlıqlarını davam etdirən "Beşiktaş" növbəti transferini gerçəkləşdirib.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, İstanbul təmsilçisi "Fiorentina"dan Mario Qomezi transfer edib.

Almaniyalı hücumçu 2015/2016 mövsümündə icarə əsasında "Beşiktaş"ın şərəfini qoruyacaq. Bu gün İstanbula gedəcək 30 yaşlı futbolçu tibbi müayinədən keçəcək və onunla bir illik müqavilə imzalanacaq.  

Qeyd edək ki, Qomez 2013-cü ildə 35 milyon avro müqabilində "Bavariya"dan "Fiorentina"ya transfer olunub.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər