Almaniya Kubokunda 1/8 final mərhələsi start götürüb.
Fanat.Az xəbər verir ki, bu gün 4 matç baş tutub.
“Frayburq” “Arminiya”ya yenilərək mübarizəni dayandırıb.
“Bayern Münhen” isə “Bayer Leverkuzen”lə bacarmayıb. "Əczaçılar" 17-ci dəqiqədə qapıçısı Manuel Noyer qırmızı vərəqə aldığı üçün azlıqda qalan Münhen təmsilçisini tək qolla üstələyiblər.
“Ştutqart” səfərdə qarşılaşdığı “Regensburq”u, “Verder” isə “Darmştadt”ı məğlub edib.
Almaniya Kuboku 1/8 final 3 dekabr
Arminiya – Frayburq 3:1 Qollar: Lannert, 28. Kania, 36-pen. Oppie, 81 – Qreqoriç, 63.
Regensburq – Ştutqart 0:3 Qollar: Millo, 10. Çeyz, 19. Voltemade, 61.
Bayern Münhen – Bayer Leverkuzen 0:1 Qol: Tella, 69.
Verder – Darmştadt 1:0 Qol: Yunq, 90+4.
4 dekabr
21:00. Köln – Herta 21:00. Volfsburq – Hoffenhaym 23:45. Karlsrue – Auqsburq 23:45. Leyptsiq – Ayntraxt