Almaniya klubu Fransa millisinin üzvünü istəyir

Almaniya klubu Fransa millisinin üzvünü istəyir

"Çelsi"nin və Fransa millisinin müdafiəçisi Aksel Disasi karyerasını Almaniyada davam etdirə bilər.

Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Nikolo Skira yayıb.

Məlumata görə, onun xidmətində "Bayer Leverkuzen" maraqlıdır. Mənbə sözügedən oyunçunu sıralarına cəlb etməyi hədəfləyən digər klubun "Yuventus" olduğunu, lakin "əczaçılar"ın daha israrçı mövqe tutuduğunu vurğulayıb.  

Xatırladaq ki, Disasi "Çelsi"yə 2023-cü ilin yayında, 45 milyon avro qarşılığında "Monako"dan transfer olunub. Cari mövsüm bütün turnirlərdə 14 matça çıxan fransalı 2 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər