Futbol üzrə Almaniya Bundesliqasında 2-ci tur başa çatıb.
Fanat.Az xəbər verir ki, son oyun günündə iki matç keçirilib.
"Hoffenhaym" - "Union Berlin" qarşılaşmasında tərəflər hərəyə 2 qol vurararq 1 xal qazanıb. "Bayern Münhen" isə öz meydanında "Köln"ü çətinliklə yenib.
Almaniya Bundesliqası 2-ci tur 20 avqust Laypsiq – Ştutqart 4:0 Qollar: Soboslai, 38; 52. Forsberq, 46. A.Silva, 65-pen. 21 avqust Ayntraxt – Auqsburq 0:0 Bohum – Maynts 2:0 Qollar: Holtman, 21. Polter, 56. Herta – Volfsburq 1:2 Qollar: Lukebakio, 60-pen – Baku, 74. Nmeça, 88. Qroyter – Arminiya 1:1 Qollar: Hrqota, 50-pen – Klos, 45. Frayburq – Borussiya (Dortmund) 2:1 Qollar: Qrifo, 6. Sallai, 53 – Keytel, 59-öz qapısına. Bayern Leverkuzen – Borussiya (Mönhenqladbax) 4:0 Qollar: Zommer, 3-öz qapısına. Şik, 8. Diabi, 55. Amiri, 87. 22 avqust Hoffenhaym – Union Berlin 2:2 Qollar: Akpoquma, 14. Larsen, 30 – Qisselmann, 10. Avoniyi, 47. Bayern Münhen – Köln 3:2 Qollar: Levandovski, 50. Qnabri, 59; 71 – Modeste, 60. Ut, 62.