"Bayer"in hücumameyilli yarımmüdafiəçisi Kay Haverts "Çelsi"yə keçməyə hazırdı.
Fanat.Az jurnalist Nikolo Skiranın "Twitter" hesabına istinadən xəbər verir ki, Haverts "Çelsi" ilə 5 illik müqaviləni razılaşdırıb. Transfer baş tutsa, 21 yaşlı futbolçu yeni iş yerində ilinə 8 milyon avro qazanacaq. Sözləşməyə bonuslar da daxildi.
Hazırda "zadəganlar" "Bayer"lə transfer qiymətini razılaşdırmağa çalışır.
Alman oyunçu Leverkuzen klubunun rəhbərliyindən keçidə icazə vermələrini istəyib.
Fanat.Az