Aleksandr Əliyev Azərbaycandan təklif alıb

Aleksandr Əliyev Azərbaycandan təklif alıb

Ukrayna yığmasının sabiq yarımmüdafiəçisi Aleksandr Əliyev Azərbaycan klublarından təklif alıb. Fanat.az xəbər verir ki, Rusiyanın 1-ci dəstə təmsilçisi "Anji"dən qarşılıqlı razılıq əsasında ayrılan təcrübəli futbolçunun agenti Kamil Məmmədov vidalaşmağın səbəbini müştərisinin az oyun şansı qazanması ilə əlaqələndirib.

Ukraynanın segodnya.ua portalına danışan Məmmədov yarımmüdafiəçiyə 2 türk klubunun, habelə Azərbaycan təmsilçilərinin maraq göstərdiyini bildirib:

"Aleksandr iki türk klubunun maraq dairəsindədi. Yaxın 2 gündə hər şeyə aydınlıq gələcək. Azərbaycan? Bu ölkənin klubları müştərimə maraq göstərirdilər. Lakin bu haqda danışmağa ehtiyac yoxdu".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər