AL-in və KL-in finalları İstanbulda keçiriləcək

AL-in və KL-in finalları İstanbulda keçiriləcək

2026-cı il UEFA Avropa Liqasının, 2027-ci ildə isə Konfrans Liqasının final görüşləri Türkiyənin İstanbul şəhərində keçiriləcək.

Fanat.Az xəbər verir ki, bu barədə qərar UEFA İcraiyyə Komitəsinin İrlandiyanın paytaxtı Dublində təşkil olunan iclasında qəbul edilib.

Avropa Liqasının həlledici görüşü "Tüpraş" stadionunda keçiriləcək. Konfrans Liqasının final matçını qəbul edəcək stadionun adı isə açıqlanmayıb.

Qeyd edək ki, 2019-cu ildə UEFA Super Kubokunun final matçı "Beşiktaş" klubunun ev oyunlarını keçirdiyi "Tüpraş" stadionunda baş tutub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər