"Trabzonspor"un yarımmüdafiəçisi Didye Zokora evlənib. Fanat.az xəbər verir ki, Kot`D-İvaurdan olan futbolçu 2005-ci ildə Afrika gözəli seçilən Mari Dorkasla dünya evinə girib.
Cütlüyün toy mərasimi İstanbuldakı Çırağan sarayında baş tutub. Toya Kot`D-İvaur yığmasının baş məşqçisi Sabri Lamouçi qatılıb. Maraqlıdı ki, mərasimdə "Trabzonspor"un İdarə Heyətinin üzvləiindən heç kim iştirak etməyib. Futbolçulardan isə onu sadəcə Jose Boşinqva yalnız buraxmayıb.
Fanat.az