"Valensiya"nın futbolçusu Adil Rami 2014-cü ildən İtaliyada çıxış edəcək. Fanat.az xəbər verir ki, fransız stopper "Milan"la anlaşıb.
Xəbəri "Valensiya"nın rəsmi saytı yayıb. Xəbərdə bildirilir ki, Rami icarə əsasında "Milan"ın formasını geyinəcək. Anlaşmaya əsasən İtaliya klubu 6.4 milyon avro ödəməklə fransız futbolçunun transfer hüququnu ala bilər.
Fanat.az