ABŞ səfəri futbolçularımızla görüşdü - FOTOLAR

ABŞ səfəri futbolçularımızla görüşdü - FOTOLAR

Mayın 27-də San Fransisko şəhərində keçiriləcək ABŞ - Azərbaycan yoldaşlıq oyunu ilə əlaqədar viza alınması üçün bu gün Azərbaycan milli komandasının üzvləri və AFFA-nın əməkdaşları ABŞ-ın Azərbaycandakı səfirliyində olub. 

Fanat.az xəbər verir ki, səfir Riçard Morninqstar milli komanda ilə görüşərək rahat uçuş və uğurlu səfər arzulayıb. AFFA-nın baş katibi Elxan Məmmədov Morninqstara üzərində milli komandanın üzvlərinin imzası olan forma, top və AFFA-nın digər atributlarını hədiyyə edib. Öz növbəsində, səfir AFFA-ya kitab bağışlayıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər