Amerika futbolu liqası NFL-də hakim futbolçunu dua etdiyinə görə cəzalandırıb. Fanat.az xəbər verir ki, olay "Kansas Siti Çiefs"lə "Nyu England Patriots" klubları arasındakı matçda baş verib.
"Kansas Siti Çiefs"in müsləman futbolçusu Hüseyn Abdullah komandasının hesabda önə keçməsindən sonra başını yerə qoyaraq səcdə edib. Hakim isə bu addımı "idmançıya yaraşmayan hərəkət" kimi dəyərləndirərək onu cəzalandırıb. Hakimin bu qərarı ABŞ mediasında və ictimaiyyət arasında narazılıqlara səbəb olub.
Fanat.az