Abramoviç ulduz hücumçunu "Çelsi"yə aparır - SON DURUM

Abramoviç ulduz hücumçunu "Çelsi"yə aparır - SON DURUM
Milan "İnter"inin forvardı Romelu Lukaku Çempionlar Liqasının son qalibi "Çelsi"nin əsas tranfer hədəfidir.
 
Fanat.Az xəbər verir ki, "Eurosport" belçikalı hücumçunun keçidində "zadəganlar"ın sahibi Roman Abramoviçin şəxsən maraqlı olduğunu bildirib.
 
Mənbə Abramoviçin Lukakunu ideal forvard saydığını və gələn mövsüm İngiltərə Premyer Liqasında çempionluq sevinci yaşamaq üçün ilk növbədə belçikalını heyətə qatacağını vurğulayıb.
 
Qeyd edək ki, Lukaku 2011-2014 aralığında da "Çelsi"də oynayıb. Son mövsümdə "İnter"lə A Seriyasının qalibi olan Romelu 36 çempionat matçında 24 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb. Milan təmsilçisinə 2019-cu ildə "Mançester Yunayted"dən keçən Belçika yığmasının üzvü 74 milyon avroya transfer edilib.
 
Atilla
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər