Rusiyalı iş adamı Roman Abramoviç sahibi olduğu “Çelsi” klubunun rəhbərliyindən gedib.
Fanat.Az xəbər verir ki, məlumatı TASS agentliyi yayıb.
Rusiyanın Ukraynaya hərbi hücumundan sonra Abramoviçin İngiltərəyə girişinə qadağa qoyulub.
Bu səbəbdən "Çelsi"nin idarəçiliyini xeyriyyə fondunun qəyyumlarına təhvil verib.
Qeyd edək ki, Roman Abramovic London klubunu 2003-cü ildə 140 milyon funt sterlinqə alıb. Bundan sonra isə özü də İngiltərəyə köçərək orada yaşayıb.