Abramoviç "Çelsi"ni satır - 3 müştərisi var

Abramoviç "Çelsi"ni satır - 3 müştərisi var

Rusiyalı iş adamı Roman Abramoviç sahibi olduğu İngiltərənin "Çelsi" klubunu satmaq üçün bu həftə bir neçə təklif alacaq.

Fanat.Az "The Telegraph"a istinadən xəbər verir ki, London klubunun üç potensial müştərisi var. 

Abramoviçə bu həftənin sonunadək tətbiq oluna biləcək mümkün sanksiyalar onun alıcılarla müqaviləni rəsmiləşdirməsinə mane ola bilər.

Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə görə sözügedən iş adamının Böyük Britaniyada yaşamasına qadağa qoyulub. Rusiyalı milyarder bu səbəbdən "Çelsi"nin idarəçiliyini klubun Xeyriyyə Fonduna təhvil verib.

Qeyd edək ki, Roman Abramoviç Premyer Liqa təmsilçisini 2003-cü ildə alıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər