ABL: "Sumqayıt" "Naxçıvan"la üz-üzə

ABL: "Sumqayıt" "Naxçıvan"la üz-üzə

Azərbaycan Basketbol Liqasının 12-ci tur davam edir.

Fanat.Az xəbər verir ki, tur çərçivəsində bu gün daha bir oyun baş tutacaq.

Günün yeganə qarşılaşmasında B qrupunda yer alan “Naxçıvan” ilə “Sumqayıt” üz-üzə gələcək. Görüş “Sərhədçi” İdman Mərkəzində keçiriləcək və saat 20:00-da başlayacaq.

“Naxçıvan” 19 xalla qrup ikincisidir. “Sumqayıt” isə 14 xalla altıncı yerdədir.

Qeyd edək ki, turun ötən gün keçirilən görüşlərində “Ordu” “Quba”nı (116:111), “Lənkəran” isə “Sərhədçi”ni (72:69) üstələyib.

12-ci tura yanvarın 11-də yekun vurulacaq.

ABL 12-ci tur 9 yanvar

20:00. Naxçıvan - Sumqayıt Bakı. "Sərhədçi" İdman Mərkəzi. 

Turun digər qarşılaşmalarının oyun cədvəli belədir: 

10 yanvar

14:00. Sabah - NTD Bakı. "Sərhədçi" İdman Mərkəzi. 

17:00. Neftçi - Şəki Bakı. "Sərhədçi" İdman Mərkəzi. 

11 yanvar

15:00. Abşeron Lions - Gəncə  Bakı. "Sərhədçi" İdman Mərkəzi. 

A qrupu 

1. Abşeron Lions 11 10 1 +124 21 2. Sabah 10 9 1 +196 19 3. Gəncə 10 5 5 -29 15 4. Neftçi 10 4 6 +39 14 5. Şəki 11 2 9 -151 13 6. NTD 10 1 9 -179 11

B qrupu

1. Ordu 12 12 0 +229 24 2. Naxçıvan 11 8 3 +24 19 3. Lənkəran 12 4 8 -39 16 4. Quba 12 4 8 -46 16 5. Sərhədçi 12 4 8 -65 15 6. Sumqayıt 11 3 8 -115 14  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər