İstanbulun Atatürk Hava Limanında terror aksiyası baş verib. Türkiyənin ədalət naziri Bəkir Bozdağ 10 nəfərin öldüyünü, 20 nəfərin yaralandığını bildirib.
İlkin məlumatlara görə, terrorçu əvvəlcə ətrafdakılara atəş açıb. Sonra isə özünü partaladıb.
Fanat.az xəbər verir ki, partlayış zamanı "Qalatasaray"ın sabiq rəsmisi, azarkeşlərin sevimlisi Abdürrahim Albayrak da hava limanında olub. O, hətta iki yaralıya yardım edib.
"İki yaralıya kömək etdim. Onların vəziyyəti yaxşıidi. Allah insanları qorusun, çox danışa bilmirəm" deyə Albayrak NTV-yə açıqlamasında bildirib.
Fanat.az