"Atletik Bilbao"nun və İspaniya millisinin qapıçısı Unai Simon La Liqada mövsümün startını buraxacaq.
Fanat.Az xəbər verir ki, bu barədə "El Larguero" məlumat yayıb.
Mənbənin məlumatına görə, Avropa çempionatında biləyindən xəsarət alan ispan qolkiper əməliyyat olunacaq. Həkimlər onun yalnız oktyabrda meydana qayıda biləcəyini proqnozlaşdırıblar.
Xatırladaq ki, Simon son AÇ-də İspaniya millisinin heyətində Avropa çempionu olub.
Mirağa